“Rəhbərlik də bizdən qələbə gözləyir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın kapitanı Ürfan Abbasov deyib.
Muxtar Respublika təmsilçisi qeyri-sabit mövsüm keçirir. Ölkə kubokunda mübarizəni 1/8 final mərhələsində dayandıran «ağ-qırmızılar»ın Premyer Liqada da işləri yaxşı getmir.
Qış fasilə altıncı sırada yollanan «Araz»a son zamanlar rəhbərliyin dəstəyi necədir? Futbolçular onların xal itkilərindən çox narazı qaldığını hiss edirmi?
Abbasovun cavabını eşidək:
«Düzdür, ikinci dövrədə xal itkimiz çox, qələbəmiz az oldu. Qəbələdə qələbə qazanmalıydıq.
Eləcə də "Sumqayıt"la Premyer Liqa və “Kəpəz”lə kubok matçında. Bunu başa düşürük.
Təəssüf ki, bu, olmadı. 2026-cı ilə yeni baş məşqçi ilə start verəcəyik.
Çalışacağıq ki, mövsümün qalan hissəsində yaxşı nəticələr əldə edək və ötən yay olduğu kimi yenə avrokuboklarda olaq».

