Andrey Demçenko «Araz-Naxçıvan»da xoş təəssürat yaratmayıb.
Futbolçular yanvarın 5-dən sükan arxasına əyləşən ukraynalı mütəxəssisin gündəlik məşq metodikasından narazıdır.
Bu barədə saytımıza onların özləri bildirib.
Dediklərinə görə, 49 yaşlı çalışdırıcının tətbiq etdiyi hazırlıq prosesi intensiv və maraqlı deyil, o, sanki uşaqlar üçün məşqlər keçir.
Dinamikanın olmamasından şikayətlənən oyunçular qeyd edib ki, Demçenko çalışmalar zamanı hərəkətliyə fikir vermir, daha çox danışır.
Onların sözlərinə görə, Elmar Baxşıyevin məşqləri daha rəngarəng idi: hər halda keçmiş baş məşqçi hər gün eyni məşqləri təkrarlamırdı.
Muxtar Respublika təmsilçisi Demçenko ilə 5 ay+1 illik müqavilə imzalayıb. Onun qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulub.
«Ağ-qırmızılar» qış fasiləsinə turnir cədvəlinin altıncı pilləsində yollanıb. İşdir, o, üzərinə gbtürdüyü öhdəliyi yerinə yetirməsə, kontraktına birtərəfli qaydada xitam veriləcək.
SPORTİNFO.AZ

