Kapitandan onun adını eşidincə: “Bəlkə də şans verə bilərdilər”

21:20 Araz-Naxçıvan 173
Kapitandan onun adını eşidincə: “Bəlkə də şans verə bilərdilər”

“Elmar Baxşıyev “Qəbələ”də baş məşqçimzi olanda da mövsümün ortasında vəzifəsindən getmişdi. “Araz-Naxçıvan”da da belə oldu”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın kapitanı Urfan Abbasov deyib.

Baxşıyev uzun illər Abbasovun baş məşqçisi olub. Həm “Qəbələ”də, həm də “Araz-Naxçıvan”da.

Bölgə təmsilçisini Naxçıvan klubuna dəyişməsində də Elmar bəyin istəyi əsas rol oynamışdı.

Ötən ay təcrübəli mütəxəssislə 33 yaşlı müdafiəçi yolları növbəti dəfə ayrıldı.

Urfan məlum gedişlə bağlı ətraflı danışa bilməsə də, təəssüfünü gizlətməyib:

“Futbolda istər məşqçilər, istərsə də oyunçular üçün belə hadisələr qaçılmazdır. Bir-birimizə hörmətimiz böyükdür.

Bunun futbola aiddiyatı yoxdur. Əslində, pis futbol oynamırdıq.

Xallarımızın sayı da yaxşıdır. Amma bu, rəhbərliyin qərarıdı və bununla bağlı heç nə deyə bilmərəm. Ki, doğru qərar idi, yoxsa yox.

3-cü pillədəki “Zirə”dən cəmi 2 xal geridəyik. Bəlkə də şans verə bilərdilər. Amma belə olmadı, öz fikirləridi. Nə deyə bilərəm?”

Elmar Baxşıyev ötən ay klub rəhbərliyinin istəyinə uyğun olaraq “Araz-Naxçıvan”dan ayrılıb. Bu postda onu ukraynalı Andrey Demçenko əvəzləyib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti