Özü “Araz-Naxçıvan”ın qapısını döydü - Nə olar, məni də yoxlayın!

16:20 Araz-Naxçıvan 307
Özü “Araz-Naxçıvan”ın qapısını döydü - Nə olar, məni də yoxlayın!

Benin liqasının “Loto Popo” komandasında oynayan Əbdülvahab Şehu Tijani yeni klub tapmaq məqsədilə sınaq üçün “Araz-Naxçıvan”a rəsmi müraciət edib.

Sportinfo,az xəbər verir ki, futbolçu məşqçi və ya klub rəhbərliyinə ünvanladığı müraciətdə Afrikada üç müxtəlif komandada çıxış etdiyini bildirib.

Hücumçu mövqeyində oynayan Tijani eyni zamanda hücumameyilli yarımmüdafiəçi kimi də forma geyinə bildiyini vurğulayıb.

O, öz bacarıqlarını sınaq məşqi zamanı nümayiş etdirməyə hazır olduğunu və komandaya faydalı ola biləcəyinə inandığını qeyd edib.

Futbolçu sınaq üçün istənilən vaxt hazır olduğunu bildirərək, karyerası və keyfiyyətləri barədə daha ətraflı müzakirə aparmaq istədiyini də əlavə edib.

Afrikalı futbolçuların son illərdə müxtəlif çempionatlarda uğurlu çıxışları klubların bu bazara marağını daha da artırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti