Premyer Liqa klubundakı əcnəbi: “Pulun çoxdursa...”

25 Dekabr 2023 23:20 Araz-Naxçıvan 1 040
Premyer Liqa klubundakı əcnəbi: “Pulun çoxdursa...”

“Çempionatları müqayisə edəndə, ilk növbədə maddi imkanlara fikir vermək lazımdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın moldovalı qapıçısı Kristian Avram deyib.

Yayda Naxçıvan klubu ilə 1 illik müqavilə bağlayan kiper bildirib ki, Azərbaycan və Moldova çempionatları arasında fərq böyükdür:

“Çünki futbolda pul böyük rol oynayır. Pulun çoxdursa, səviyyəli legionerlər gətirirsən.

Bu, həm çempionata rəng qatır, həm də yerli futbolçuların inkişafına təkan verir. İnfrastruktur, peşəkarlıq, şərait - bunlar maliyyəyə bağlı olan məsələlərdir.

Moldovanın maliyyə imkanları Azərbaycandakı qədər geniş deyil və bu fakt futbolda da istər-istəməz özünü göstərir.

Pul istənilən idman növü, hətta gündəlik yaşam üçün də vacib faktordur”.

193 sm boya malik olan və Moldova millisinə çağırılan 29 yaşlı qolkiperin son klubu vətənində “Petrokub” olub.

Buna qədər o, Rumıniyanın “Buzau”, Moldovanın “Dinamo-Avto”, “Daçiya” komandalarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti