Yadınızdan çıxmayıb ki? - “Bakı” da 10 qol vurmuşdu…

23 Dekabr 2023 09:00 Araz-Naxçıvan 21 287
Yadınızdan çıxmayıb ki? - “Bakı” da 10 qol vurmuşdu…

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “İrəvan” – “Araz-Naxçıvan” qarşılaşması 10 qolun vurulması ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, bu, ölkə kuboku tarixində 10 və ya daha çox qolun qeydə alındığı ümumilikdə 15-ci matçdır.

1992-ci ildən keçirilən yarışda bunadək 14 belə yüksək məhsuldarlıq yaşanıb.

Son 15 mövsümdə isə ilk dəfə bir qarşılaşmada 10 qol vurulub. Sonuncu belə məhsuldar görüş 2008/09 mövsümündə baş tutub.

2008-ci il oktyabrın 30-da “Bakı” “Qafqaz Universiteti”nin qapısından 10 cavabsız top keçirib.

"İrəvan" bu matçda 2-8 hesabı ilə məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti