“Papaq altında yatan məşqçidir, onu mənə tanıtmaq lazım deyil” - VİDEO

21 Dekabr 2023 23:00 Araz-Naxçıvan 2 389
“Papaq altında yatan məşqçidir, onu mənə tanıtmaq lazım deyil” - VİDEO

“Araz-Naxçıvan” yaxşı nəticələr qazanır”.

Futbol eksperti Emin Abbasov 8 illik fasilədən sonra Premyer Liqaya dönən Muxtar Respublika təmsilçisinin cari mövsüm əldə etdiyi göstəriciləri dəyərləndirib.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində bölgə komandasının baş məşqçisi Azər Bağırovun fəaliyyətini təqdir eləyib

. Tanınmış teleşərhçi xatırladıb ki, “Araz” geridə qalan 17 turda 26 xal toplayıb və turnir cədvəlinin liderlər qrupunda qərarlaşıb:

“Onlar 26 xaldan 15-ini “Qarabağ”, “Zirə”, “Sabah” və “Neftçi”dən toplayıb. Yenidən Premyer Liqada mübarizə aparmağa başlayan bir komanda üçün bu, mükəmməl nəticədir.

Belə bir deyim var - papaq altında yatan oğlan. Azər Bağırovu mənə tanıtmaq lazım deyil, o, papaq altında yatan məşqçidir”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti