“50 milyonluq Onanaya baxın, hər oyunda səhv edir” – Azərbaycanda oynayan legioner

20 Dekabr 2023 21:20 Araz-Naxçıvan 1 695
“50 milyonluq Onanaya baxın, hər oyunda səhv edir” – Azərbaycanda oynayan legioner

Semir Bukviç “Araz-Naxçıvan”la “İrəvan” arasında baş tutan oyunda buraxdığı ilk qolla yenə gülüş obyektinə çevrildi.

Hələ çempionatın əvvəlində - Premyer Liqanın 1-ci turunda “Araz-Naxçıvan” – “Turan Tovuz” qarşılaşmasında rəqib futbolçuların vurduğu zərbələrə reaksiya verə bilməyərək topu 3 dəfə tordan çıxaran bosniyalı qolkiper 4 aydır yaşıl meydan üzünə həsrət qalmışdı.

Baş məşqçi Azər Bağırov 32 yaşlı qapıçıya uzun fasilədən sonra şans verdi. Lakin bosniyalı legioner yenə ümidləri puça çıxardı.

Semir Sportinfo.az-a açıqlamasında ardıcıl səhvlərə maraqlı şərh verib:

“Futbolda səhvlər qaçılmazdır. Dünyanın ən məşhur futbolçuları da səhvlərə yol verir.

Az qala hər oyunda kiminsə səhvini görürük. 50 milyonluq Onanaya baxın, hər oyunda səhv edir (

“Mançester Yunayted”in “İnter”dən transfer etdiyi Andre Onana – H.). Mütəmadi oynamayanda bu cür nöqsanlar qaçılmazdır”.

Vaxtilə Bosniya və Hersoqovinanın U-21 millisinin şərəfini qorumuş Semir Bukviç vətənində “Olimpik”, “Jelezniçar”, “Travnik”, “Çelik”, “Mladost” kimi komandaların formasını geyinib, Polşada “Varta Poznan”da legioner həyatı yaşayıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik