“Niderland Eredeviziyası ilə Azərbaycan Premyer Liqası tamamilə fərqli çempionatlardır.
Hərəsinin özünə görə üstün tərəfləri var”.
Son dörd mövsümü Niderland “Herakles”ində çıxış etmiş, yaydan etibarən “Araz-Naxçıvan”ın uğurları üçün tək tökən İsmail Azzaui Sportinfo.az-a açıqlamasında çıxış etdiyi çempionatları müqayisə edib.
25 yaşlı yarımmüdafiəçi liqaların müqayisəsi zamanı Eredeviziyanın Premyer Liqadan fərqləndiyini deməklə yanaşı, çempionatımız haqda xoş fikirlər səsləndirib:
“Niderlandın yüksək liqasında komandalar topla oynamağa, futbol nümayiş etdirməyə çalışır. Azərbaycanda isə əsasən fiziki güc ön plandadır.
Meydanda mübarizə gedir və vərəqələrin sayı çoxdur. Açığı, Azərbaycanda çempionatın səviyyəsini bu dərəcədə təsəvvür etmirdim.
Komandaların heyətinə baxıram, səviyyəli, ustalıq bacarığı yüksək olan oyunçular var.
“Qarabağ”ın zəngin avrokubok təcrübəsi var deyə, onlar digərləri ilə müqayisədə nisbətən öndədir. Ancaq yerdə qalanların potensialı aşağı-yuxarı eynidir.
İstənilən komanda digərindən xal almağı bacarır. Turnir cədvəlinin son 3 pilləsində qərarlaşanların ilk “3-lük”də yer alanları məğlub etməsi heç kimi təəccübləndirmir.
Nə gizlədim, bunu görəndə çox təəccübləndim”.
Belçikada anadan olmuş İsmail vaxtilə “Volfsburq”un heyətində Almaniya Bundesliqasında 20 dəqiqə şans qazan
ıb, Niderland Eredeviziyasında “Villem II” və “Herakles”də 74 oyunda meydana çıxıb.
HƏBİB

