5 tur sonra yalnız qələbə yox, həm də külli miqdarda PUL QAZANDILAR!

17 Dekabr 2023 15:15 Araz-Naxçıvan 1 301
5 tur sonra yalnız qələbə yox, həm də külli miqdarda PUL QAZANDILAR!

«Araz-Naxçıvan» 5 turluq aradan sonra Premyer Liqada qələbə qazana bildi.

Muxtar Respublika təmsilçisi ev sahibi olduğu Mərdəkanda «Sabah»ı qəbul etdi və 3 xalı iki cavabsız qolla öz aktivinə yazdı.

Əldə olunan nəticə klub rəhbərliyi tərəfindən lazımınca qiymətləndirilib.

Komandanın avrokuboklara vəsiqə almasını istəyən idarəçilər liqanın gümüş medalçısı önündə qeydə alınan nəticəyə görə 90 min manat mükafat ayırıb.

Azər Bağırovun çaışdırdığı kollektiv 17 tura 26 xal toplayıb. «Araz-Naxçıvan» bu göstərici ilə turnir cədvəlinin dördüncü pilləsində yerləşib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti