Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində hazırda davam edən “Araz-Naxçıvan” – “Sabah” matçında fantastik qol vurulub.
Sportinfo.az xəbər verir ki, naxçıvanlıların yarımmüdafiəçisi Turan Manafov cərimə zərbəsindən fərqlənərək möhtəşəm qola imza atıb.
“Araz-Naxçıvan” “Sabah”ı 2:0 hesabı ilə məğlub edir.

