“Azərbaycanda çoxlu dostlarım var, arada imkan olanda görüşürük.
Darıxmaqdan söhbət gedə bilməz”.
“Araz-Naxçıvan”ın Belçikadan olan futbolçusu İsmail Azzaui Sportinfo.az-a açıqlamasında ölkəmizdə özünü rahat hiss etdiyini deyib.
25 yaşlı futbolçu uzun illər Almaniyada yaşayıb, daha sonra Niderlanda üz tutub. Avropanın aparıcı ölkələri ilə Azərbaycan arasında mütləq ki, hansısa fərqlər var.
İstər mentalitet baxımından olsun, istər dil, istərsə də yaşayış sarıdan.
İsmail ölkəmizə öyrəşib. Vəziyyətin bu cür alınmasında isə burada uşaqlıq dostunu tapması və yeni münasibətlər qurmasıdır:
“Azərbaycanda ən yaxın dostun Əyyub Allaşdır. Bu da təsadüfi deyil.
Əyyubla “Anderlext”in akademiyasında yetişmişik, aşağı yaş qruplarından ibarət komandalarda oynamışıq.
Səhv etmirəmsə, U-12-də. Yəni uzun illərin dostlarıyıq.
“Zirə”nin futbolçusu Abbas İbrahim yaxşı münasibətim var. “Qəbələ”dən Bilel Auaşeriyanın adını çəkə bilərəm.
“Qarabağ”la oyunda Abdullah Zubirlə söhbət etdim, münasibət yarandı.Bir sözlə, burada özümü heç də yad hiss etmirəm.
Boş vaxtlarımızda görüşüb, söhbətləşirik. Ümumi götürsək, Azərbaycanı və Bakını bəyəndiyimi deməliyəm”.
Belçikada anadan olmuş İsmail vaxtilə “Volfsburq”un heyətində Almaniya Bundesliqasında 20 dəqiqə şans qazanıb, Niderland Eredeviziyasında “Villem II” və “Herakles”də 74 oyunda meydana çıxıb.
HƏBİB

