«Yeni yaranmış komandayıq, bəzən məğlubiyyətlərin olması normaldır».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın hücumçusu Elvis Maşike deyib.
Konqolu legioner Premyer Liqanın son 5 turunda qələbə qazana bilməməsi haqda fikirlərini söyləyib:
«Bu periodu tezliklə arxada qoyacağımıza hədsiz ümid edirəm. Hər xal bizim üçün qiymətlidir.
Bir daha gördük ki, komandanın potensialı var. Sadəcə, səhvlərə yol verməməliyik.
Vacib olan səhvlərdən nəticə çıxarmaq və öz gücümüzə inanmaqdır. «Araz-Naxçıvan» yüksək yerlərə iddialıdır.
Mübarizə qabaqdadır və iddiamızı sonadək qoruyacağıq. Bəxtimizin də gətirməsini arzulayıram».

