Premyer Liqa klubunda 2 oyundur mükafat verilmir

9 Dekabr 2023 15:00 Araz-Naxçıvan 580
Premyer Liqa klubunda 2 oyundur mükafat verilmir

Son 4 oyunda qələbə üzünə həsrət qalan “Araz-Naxçıvan” bir azdan “Zirə”nin önünə çıxacaq.

Naxçıvan təmsilçisi ilk dövrədə məğlub etdiyi rəqibinə bu dəfə də eyni aqibəti yaşatmaq niyyətindədir.

Amma necə?

Komandada əhval-ruhiyyənin qaydasında olduğunu demək çətindir. Məşqçi və futbolçu heyəti son 2 oyun üçün nəzərdə tutulan mükafatı almayıb.

“Neftçi”ylə səfərdə qələbəyə bərabər heç-heçə və əsas rəqiblərdən olan “Səbail”lə qarşılaşmadakı 1 xal üçün “premiya” nəzərdə tutulsa da, qara qəpik də verilməyib.

Vəziyyətin bu cür olması komanda üzvlərini narahat etməyə bilməz. Gündəlik xərclər üçün gözünü mükafata dikən futbolçular rəhbərliyin pul gecikdirməsindən narahatdır.

“Zirə”ylə oyunda məğlub olsalar və heç-heçə oynasalar, əvvəlki mükafatların taleyinin necə olacağı bilinmir.

Bu gün Zirə İdman Kompleksinin meydanında keçiriləcək oyun saat 17:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti