COP29

“Nə qədər desəm ki hazıram, belə deyil” - Millidən kənarda qalmasına maraqlı reaksiya

4 Dekabr 2023 20:20 Araz-Naxçıvan 548
“Nə qədər desəm ki hazıram, belə deyil” - Millidən kənarda qalmasına maraqlı reaksiya

“Millidə oynamaq hər bir futbolçunun arzusudur, o cümlədən də mənim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev Azərbaycan yığmasına dəvət olunması perspektivi ilə bağlı danışarkən deyib.

Muxtar Respublika təmsilçisinin cari mövsümə uğurlu başlamasında 27 yaşlı hücumçunun rolu böyükdür.

Orxan Premyer Liqada meydana çıxdığı 14 oyunda rəqib qapılarına 5 dəfə yol tapıb, 1 məhsuldar ötürməyə imzasını yazdırıb.

Vurduğu qollar isə “Neftçi” və “Qarabağ” üzərində vacib qələbələrə səbəb olub, “ağ-qaralar”la “Neftçi Arena”dakı görüşdə komandasına 1 xal qazandırıb.

“Kəpəz”lə səfər qarşılaşmasında dubl etdiyini də xatırladaq.

İnamlı oyuna və məhsuldarlığa baxmayaraq, Əliyev Canni de Byazinin yadına düşmürdü. Halbuki, dəvət göndərib milli ab-havasını duymasına şərait yaratmaq olardı.

Səbəbkarı dinləyək:

“Qarşımda nə vaxtsa milli komandaya çağırılmaq hədəfi dayanır. Bunu çox istəyirəm.

Ola bilsin, indiyə qədər məni tam hazır saymadıqlarına görə dəvət göndərməyiblər. Mən nə qədər desəm ki hazıram, belə deyil.

Kənardan görünən və verilən qərar başqadır. Bəlkə də tam hazır deyiləm".

Şanlı formanı daşımaq üçün əlimdən gələni edəcəyəm”.

Maraq üçün bildirək ki, Orxan Əliyev Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt etməyib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!