COP29

“Neftçi” ilə 1:1-ə görə 1 qəpik də mükafat almadılar, bu gün isə…

2 Dekabr 2023 11:20 Araz-Naxçıvan 1 639
“Neftçi” ilə 1:1-ə görə 1 qəpik də mükafat almadılar, bu gün isə…

Premyer Liqanın ən gərgin və bol mübarizə vəd edən oyunlarından biri Mərdəkanda baş tutacaq.

Cari mövsümün yayda ciddi dəyişikliklərə məruz qalan və təəccübləndirməkdə davam edən iki komandası “Araz-Naxçıvan”la “Səbail” qarşılaşacaq.

Oyuna prinsipiallıq qatan əsas məqamlardan biri komandaların turnir cədvəlində yer aldığı mövqedir. “Dənizçilər” 14 oyundan sonra 22 xalla 4-cü, 1 xal az toplayan naxçıvanlılar 5-ci pillədə qərarlaşıb.

İndiki vəziyyətdə hər iki komandanın arzusu qalib gəlməkdir. Mümkün 3 xal tərəflərdən birinin turnir cədvəlindəki mövqeyini yaxşılaşdıracaq ki, hətta 3-cü pilləyə yüksəlmək mümkün görünür.

Heç-heçənin qeydə alınması isə yuxarı pillədəki “Sumqayıt”la geridən gələn “Neftçi”nin işinə yarayacaq.

İkinci maraqlı məqam Muxtar Respublika təmsilçisinin cari mövsümün ikinci dövrəsinə qədər eyni komandaya iki dəfə uduzmamasıdır. Hətta “Qarabağ” və “Neftçi” kimi rəqiblərlə duellərdə bu, mümkünsüz olub.

“Səbail”ə ilk dövrədə penaltidən buraxılan yeganə qol hesabına məğlub olan Azər Bağırovun yetirmələri bu dəfə uduzmamağa çalışacaq. “Dənizçilər” qalib gəlsə, cari mövsümdə Naxçıvan komandasını iki dəfə udan yeganə kollektiv olacaq.

Komandaların psixoloji durumuna gəlincə, hər ikisində durum aşağı-yuxarı eynidir. “Araz-Naxçıvan” çempionatda 3 oyundur 3 xal üzünə həsrət qalıbsa, “Səbail” 2 oyundur qalibiyyət istəyinə çata bilmir. Bu səbəbdən hər ikisi qələbəsizliyə “dur” demək istəyir.

Azər Bağırovun ötən tur “Neftçi”ylə qələbəyə bərabər heç-heçəyə görə 1 qəpik də mükafat almayan futbolçuları önəmli oyuna necə hazırlayacağı çox ciddi şübhə doğurur.

Bu matç “Araz-Naxçıvan”ın iki futbolçusu üçün xüsusi önəm daşıyacaq. Biri Tural Bayramlıdır, digəri Turan Manafov.

Ötən mövsüm “Səbail”in sıralarında yer alan və yayda komandanı heç də xoş əhval-ruhiyyədə tərk etməyən Turanla Turan üçün “Səbail”ə qarşı oynamağın hansı məna daşıdığını təsəvvür etmək çətin deyil.

Dekabrın 2-də “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Səbail” qarşılaşması saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"