"Araz-Naxçıvan" ilkləri sıraya düzdü

1 Dekabr 2023 01:50 Araz-Naxçıvan 616
"Araz-Naxçıvan" ilkləri sıraya düzdü

Azərbaycan Kubokunun II təsnifat mərhələsi “Araz-Naxçıvan” üçün ilklərlə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, Azər Bağırovun yetirmələri “Kür-Araz”a 6:1 hesabı ilə qalib gəlib.

Bu, Naxçıvan təmsilçisinin ölkə kubokunda ilk böyükhesablı qələbəsidir. Muxtar Respublika klubu bunadək yalnız minimal hesabla qalib gəlməyi bacarmışdı.

Bu qələbə həm də səfərdə əldə olunan ilk uğurdur. “Araz-Naxçıvan” səfərdə keçirdiyi əvvəlki matçların hamısında uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu