Premyer Liqaya gəldilər, "yurd" boş və baxımsız qaldı - “KİMSƏSİZ” FOTOREPORTAJ

30 Noyabr 2023 17:40 Araz-Naxçıvan 1 210
Premyer Liqaya gəldilər, "yurd" boş və baxımsız qaldı - “KİMSƏSİZ” FOTOREPORTAJ

Naxçıvan şəhər stadionu öz görkəmini itirib.

Hazırda arena tamamilə baxımsız vəziyyətdədir.

Aylardır diqqətdən kənarda qalan kompleksdə lələ köçüb, quru yurdu qalıb.

Ötən mövsüm I Liqada mübarizə aparmış «Araz-Naxçıvan» Premyer Liqaya vəsiqə qazanandan sonra doğma el-obasından uzaq düşüb.

Muxtar Respublika təmsilçisi Mərdəkana sığınıb, ev oyunlarını «Dalğa Arena»da qəbul edir.

Hamının yadından çıxan Naxçıvan stadionunda qazon da «həyatdan küsüb». Soyuq havanın təsiri nəticəsində yaşıl sahə tamamilə boz sima alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!