
"Neftçi" ilə oyundan sonra bərpa üçün kifayət qədər vaxtımız olmadı.
Buna rəğmən, çalışdıq optimal heyət quraq.
Birinci hissədə istədiyimiz qol epizodlarını yaratmaq da, realizə edə bilmədik. Bunu fasilədən sonra reallaşdırdıq".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində "Kür-Araz"a 6:1 hesabı ilə qalib gəldikləri oyun haqda deyib.
O, əsasən yerli futbolçulara şans verdiklərini vurğulayıb: "Amma güclənməyə ehtiyac var. Mümkün olsa, qış fasiləsində bunu edəcəyik".