Gecə klublarında əylənən hücumçunu cəzalandırmaq istədi, rəhbərlik İCAZƏ VERMƏDİ

20 Noyabr 2023 15:00 Araz-Naxçıvan 1 056
Gecə klublarında əylənən hücumçunu cəzalandırmaq istədi, rəhbərlik İCAZƏ VERMƏDİ

«Araz-Naxçıvan» rəhbərliyi Premyer Liqanın son 2 turunda məğlubiyyətlə üzləşən Azər Bağırovdan yavaş-yavaş üz çevirir.

Mükafat üstündə tərəflər arasında yaranan narazılıq artıq daha üst səviyyəyə qalxıb.

Mövsümün ilk yarısında uğurlu nəticələr qazanmış baş məşqçi bəzi futbolçuları cəzalandırmaq fikrinə düşsə də, «yuxarı»dan «okey» ala bilməyib.

Məsələn, gənc çalışdırıcı Elvis Maşikeni əvəzedici heyətə göndərməyə təşəbbüs göstərib, amma niyyəti gerçəkləşməyib. Funksionerlər konqolu hücumçunu əsas heyətdə oynatmaqla bağlı ona təlimat veriblər.

Bağırovun afrikalı legionerdən şikayəti əsaslıdır. Belə ki, Maşike məşqlərdə məsluiyyətsiz hərəkətləri ilə baş məşqçidə özünə qarşı antipatiya yaradıb.

Bu da azmış kimi, şəxsi həyatına barmaqarası yanaşır. Bakının gecə klublarını dolaşan əcnəbi futbolçu ona edilən xəbərdarlıqlara məhəl qoymur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”