“İnsanların bizi avrokuboklarda görməsi məni təəəccübləndirir” – Kapitan

16 Noyabr 2023 19:40 Araz-Naxçıvan 1 236
“İnsanların bizi avrokuboklarda görməsi məni təəəccübləndirir” – Kapitan

“Avrokuboklar haqda danışmaq üçün çox tezdir., qarşıda bizi 23 oyun gözləyir”.

“Araz-Naxçıvan”ın kapitanı Numan Kurdiç Sportinfo.az-a açıqlamasında komandasının yayda ölkəmizi avrokuboklarda təmsil etmək şansı barədə danışıb.

Muxtar Respublika təmsilçisi mövsümə əla start verib futbol ictimaiyyətini təəccübləndirsə də, son 2 oyundakı məğlubiyyət gələcəklə bağlı xoş ümidlərə kölgə salıb.

Dünən “Araz-Naxçıvan”ı avrokuboklarda görənlər bu gün təhlükəli günlərdən, qaranlıq sabahdan danışı.

Bosniya və Herseqovinadan olan müdafiəçi tələsməməyi məsləhət görür:

“Bu, “Araz-Naxçıvan”ın Premyer Liqada ilk ilidir. İnsanların bizi avrokuboklarda görməsi ilə bağlı planları məni təəccübləndirir.

Bir aydan da az müddətdə yığılmış komandayıq. Bəlkə də bəzi oyunlarda yaxşı oynamağımız, “Qarabağ” kimi güclü komandanı məğlub etməyimiz insanlarda ümid yaradıb.

Amma çempionat 10-15 matçdan ibarət deyil. Əsl mübarizə qarşıdadır. Konfrans Liqasına gedə bilsək, fikrimcə, bu, klub adına tarixi uğur sayılacaq.

Ancaq yenə deyirəm, istəyi gerçəyə çevirmək heç də asan görünmür. Yaşayaq, görək sonda nələr olacaq”.

“Araz-Naxçıvan” 13 turdan sonra topladığı 20 xalla 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti