“Bəlkə bəzi futbolçular ən yaxşı olduğumuzu düşünür, bu, belə deyil”

13 Noyabr 2023 23:00 Araz-Naxçıvan 583
“Bəlkə bəzi futbolçular ən yaxşı olduğumuzu düşünür, bu, belə deyil”

“Araz-Naxçıvan”ın kapitanı Numan Kurdiç Sportinfo.az-a müsahibə verib.

24 yaşlı bosniyalı müdafiəçi komandasının “Kəpəz”ə 0:1 hesab ilə məğlub olduğu oyun haqda sualları cavablandırıb.

- Niyə məğlub oldunuz?

- Əlimizə düşən imkanları qola çevirə bilmiriksə, məğlub olmağımız normaldır. Biz bacarmadıq, bizim bacarmadığımızı onlar etdi. Hesab açılandan sonra “Kəpəz” müdafiəyə daha çox diqqət ayırmaqla işimizi çətinləşdirdi. Rəqibin haqqını verməliyik, bu gün müdafiədə çox yaxşı oynadılar.

- “Qarabağ”ı məğlub edəndən sonra ardıcıl iki oyundu uduzursunuz. Sənə elə gəlmir ki, futbolçular “havadadırlar”.

- Mən öz xarakterimi bilən adam kimi deyə bilərəm ki, məndə “uçmaq”, arxayınlaşmaq yoxdur. Bəlkə bəzi futbolçular ən yaxşı komanda olduğumuzu düşünür. “Kəpəz”ə məğlubiyyət göstərdi ki, bu, heç də belə deyil. Görməli olduğumuz çox iş var. İnkişaf etməliyik, çalışmalıyıq.

- Klub rəhbərliyi paltardəyişmə otağına gəlmişdi?

- Xeyr-xeyr.

- Baş məşqçi Azər Bağırovun reaksiyası necə oldu?

- Bir az əsəbi idi. Amma ümumi götürsək, üstümüzə çox gəlmədi.

- Ardıcıl məğlubiyyətlərdən sonra “Neftçi”ylə matça necə hazırlaşacaqsınız?

- “Neftçi”nin adının nə demək olduğunu hər kəs bilir. Bu dəqiqə çempionatda ən güclü və imkanlı komandalardan biridir. Çox yaxşı futbolçulara sahibdirlər. Hər iki komanda üçün çətin olacaq. Bu yenilgini unudub, “Neftçi” ilə qarşılaşmaya hazırlaşacağıq. Necə olacağını 90 dəqiqənin yekunu göstərəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti