
“Araz Naxçıvan” Prremyer Liqanın 13-cü turunu da məğlub başa vurdu.
Bir həftə əvvəl “Sumqayıt”a 0:2 hesabı ilə uduzan Muxtar Respublika təmsilçisi bu dəfə “Kəpəz”ə boyun əydi – 0:1.
Oyun başa çatandan sonra “Dalğa Arena”ya təşrif buyurmuş azsaylı azarkeşlər qələbə əhval-ruhhiyyəsi yaratmağa çalışdı.
Fanatlar futbolçuların məğlubiyyətdən üzülməməsi üçün onları dəfələrlə tribunaların önünə səslədi.
Bir neçəsi dönüb azarkeşlərə tərəf baxsa da, heç biri özünə əziyyət verib onlara tərəf getmədi. Kristian Avramdan başqa.
Yalnız moldovalı qapıçı azarkeşlərə təşəkkür etmək üçün tribunanın qarşısına təşrif buyurub, onları verdikləri dəstəyə görə alqışladı.
HƏBİB / SPORTİNFO.AZ
Videoda həmin anın görüntüləri ilə tanış ola bilərsiniz.