
Premyer Liqanın son 2 turunda qeydə alınan məğlubiyyətlər «Araz-Naxçıvan»da gərginliyi artırıb.
Klub rəhbərliyi «Sumqayıt» və «Kəpəz»ə yenilgiləri həzm etmir.
Bununla bağlı Azər Bağırova narazılıq bildirilib. Baş məşqçiyə avrokuboklara vəsiqə uğrunda mübarizə tapşırığı verildiyi xatırladılıb.
Bildirilib ki, ona və futbolçulara hər cür dəstək verilir, bütün öhdəliklər yerinə yetirilir, amma komanda azxır həftələrdə «rels»dən çıxıb:
«Hər dəfə qələbə qazanandan sonra mükafatın daha da artırılmasını istəyirsiz. Nə deyirsiz, edirik və bunun qarşılığını da gözləyirik».
SPORTİNFO.AZ