
«Qarabağ» üzərində qələbə «Araz-Naxçıvan»a pis təsir edib.
Çempionu üstələmək debütantın ayağını yerdən üzüb.
Vaxıtndan əvvəl eyforiyaya qapıldılar. Pul davasına qalxdılar. Rəhbərlikdə təmsil olunan fiqurntlarla üz-göz oldular. Və bu da nəticəsi…
Azər Bağırov tərəf tutdu, futbolçularının müdafiəsinə qalxdı. Məhəbbət gərək birtərəfli olmasın.
İnsan sevgi mesajına qarşılıq görməyəndə ruhən çökür, bayılır. Futbolçulara görə idarəçilərlə kəllə-kəlləyə gələn baş məşqçi, buyursun, indi də cavab versin onlara!
Qoy, aydınlıq gətirsin ki, komanda niyə belə edir. İki turdur uduzmağın bədəli ağır olacaq.
De-fakto oynamırlar. İlk 11 həftədə uğurlu seriya yaxalayan «Araz»ın son iki turda «Sumqayıt» və «Kəpəz»ə yenilməsi klubdaxili gərginliyin əlamətidir.
Yola getmirlər.
Azər Bağırovun əsl imtahanı bundan sonra başlayacaq. Meydandan kənarda pul davası edən futbolçuların meydanda könülsüz təsir bağışlaması, qələbəyə can atmaması tribunadan o qədər açıq-aydın görünür ki…
Proses baş məşqçinin başını ağrıdacaq. Rəhbərliklə futbolçular arasında balansı tapa bilmədiyi, tərəf tutduğu, pul verənləri pul alanların ayağına verdiyi üçün.
Mən sıradan proqnoz vermirəm. Aldığım məlumatlara, eşitdiklərimə əsaslanıram.
MUSA