Premyer Liqa klubunda əsas heyətə düşməyən legioner: “Buna şükür etməliyəm”

9 Noyabr 2023 20:40 Araz-Naxçıvan 976
Premyer Liqa klubunda əsas heyətə düşməyən legioner: “Buna şükür etməliyəm”

Ötən mövsüm Malta təmsilçisi “Hamrun Spartans”ın şərəfini qoruyan və yüksək dəstədə meydana çıxdığı 28 matçda rəqib qapılarına 18 dəfə yol tapmağı bacaran Elvis Maşike “Araz-Naxçıvan“da əvəzedici statusu ilə barışıb.

Bununla belə, 29 yaşlı hücumçu baş məşqçinin “uğur çubuğu“ hesab olunur.

Azər Bağırov ucaboy forvarda ikinci hissədə şans verir, o da öz növbəsində vurduğu qollarla komandasına fayda verir.

Maraqlıdır ki, Elvis üzləşdiyi durumdan heç də narahat deyil. Hər halda o, Sportinfo.az-a açıqlamasında bunu iddia edib:

“Heç bir oyunçu ehtiyat oyunçular skamyasında oturmaq istəmir. Amma indiki vəziyyət elədir ki, bununla qəbullanmalı və oynadığım vaxta görə şükür etməliyəm.

5 dəqiqə şans qazansam da, əlimdən gələni etməliyəm. Məşqdə və oyunda bacardığımı edirəm. “11-lik”də kimlərin yer alacağına baş məşqçimiz qərar verir”.

“9 nömrə” cari mövsümdə 3-ü əsas heyətdə olmaqla ümumilikdə 10 oyunun iştirakçısı olub, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti