“Araz-Naxçıvan”ın legioneri növbəti oyuna çıxmayacaq?

9 Noyabr 2023 00:50 Araz-Naxçıvan 773
“Araz-Naxçıvan”ın legioneri növbəti oyuna çıxmayacaq?

“Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyro “Kəpəz”ə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIII turunun matçını buraxa bilər.

Sportinfo.az xəbər verir ki, zədəli olan 27 yaşlı müdafiəçi fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altındadır.

Braziliyalının meydana çıxıb-çıxmayacağı oyun günü bəlli olacaq.

“Kəpəz”lə görüşün hazırlıqlarını davam etdirən “Araz-Naxçıvan” bu gün “Dalğa Arena”nın ehtiyat meydanında məşq keçib.

“Kəpəz” Premyer Liqanın XIII turunda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Noyabrın 10-da reallaşacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti