Baş məşqçi əcnəbi oyunçusunun gecə klubunda əylənməsindən xəbər tutdu, söhbətə çağırdı və…

6 Noyabr 2023 13:40 Araz-Naxçıvan 1 623
Baş məşqçi əcnəbi oyunçusunun gecə klubunda əylənməsindən xəbər tutdu, söhbətə çağırdı və…

«Araz-Naxçıvan»da qalmaqallı hadisələr bir-birini əvəzləyir.

İndi də Elvis Maşike Azər Bağırovun qəzəbinə tuş gəlib.

Buna səbəb konqolu hücumçunun idman rejiminə əməl etməməsi, şəxsi həyatına diqqət yetirməməsidir. Belə ki, baş məşqçi afrikalı legionerin tez-tez gecə klublarına yollanması, səhərə qədər orada əylənməsi barədə məlumat əldə edib.

Elvislə bu haqda söhbətləşən çalışdırıcı ona barmaq silkələyib. Bildirib ki, gecə həyatına son qoymasa, buradakı karyerası vaxtından əvvəl sona çatacaq.

O, intizamsız hərəkətləri ilə daha öncə də Bağırovu hiddətləndirib. Məşq prosesində özünü yaxşı aparmayan Elvis indiyədək hdeç bir xəbərdarlığa məhəl qoymayıb.

29 yaşlı konqolu son olaraq Maltada “Xamrun Spartan”ın formasını geyinib.

O, buna qədər Çexiya və Slovakiyanın “Jilina”, “Senitsa”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered” və “Banik Ruzina” komandalarında çıxış edib:

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti