Klub funksionerləri ilə baş məşqçi arasında MÜBAHİSƏ!

5 Noyabr 2023 23:00 Araz-Naxçıvan 1 384
Klub funksionerləri ilə baş məşqçi arasında MÜBAHİSƏ!

Hər nağılın bir sonu olur.

Deyəsən, biz indən belə bu ifadəni «Araz-Naxçıvan» haqda eşidəcəyik.

Hələlik klubda sular lal axır. Kənardan hər şey qaydasındaymış kimi görünür.

Təəssüf ki, bu, ilk baxışdan belədir. Rəsmilərlə Azər Bağırov arasında problemlər baş qaldırıb.

Artıq sözləri düz gəlmir, tez-tez mübahisələri düşür. Əsasən də maliyyə məsələlərində.

Bağırov baş məşqçi olaraq futbolçuların yanındadır, onların tərəfini saxlayır.

Ötən turlardakı qələbələrə görə ayrılan pul mükafatlarının miqdarı ilə razılaşmır, daha da artırılmasını istəyir. Həftələrdir bu söhbət gedir, hələ də ortaq bir qərara gələ bilmirlər.

Təbii ki, futbolçular aradakı çəkişmədən xəbərdardır və bu, onlara pis təsir edir. İdarəçilərlə baş məşqçinin yola getməməsinin nəticəsi Sumqayıtda üzə çıxdı.

«Araz-Naxçıvan» mövsümün ən zəif oyununu keçirdi. Komanda həmişəki formasından uzaq təsir bağışladı, müsbət bir məqamla yadda qalmadı.

Bunun davamı gələ bilər, qarşısını almaq gərəkdir. Nə qədər gec deyil, mübahisə doğuran məsələləri masadan qaldırsınlar, axırı yaxşı qurtarmayacaq yoxsa.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti