“Araz-Naxçıvan”ın “xoşbəxt dördlük”də yer alması inandırıcı görünürmü?

5 Noyabr 2023 21:00 Araz-Naxçıvan 1 202
“Araz-Naxçıvan”ın “xoşbəxt dördlük”də yer alması inandırıcı görünürmü?

“Araz-Naxçıvan” “Qarabağ” kimi güclü rəqibini məğlub etməklə özü haqqında müsbət fikirlərin boşuna yaranmadığını göstərdi.

Naxçıvanlıların yayda ölkəmizi avrokuboklarda təmsil edəcəyinə inananların sayı az deyil.

Maraqlıdır, futbolçular bu haqda nə düşünür? Əksəriyyətin ümid etdiyi məsələyə münasibətləri necədir?

Güclü rəqiblərin yarışdığı çempionatda “Araz-Naxçıvan”ın “xoşbəxt dördlük”də yer alması inandırıcı görünürmü?

Baş məşqçi Azər Bağırovun “gizli silah”ı Elvis Maşike Sportinfo.az-a açıqlamasında mövzuyla bağlı sualı cavablandırıb:

“Qarşıda bizi uzun və çətin yol gözləyir. Hələ 12 tur geridə qalıb və bu, olduqca az zamandır.

Heç qış fasiləsinə çatmamışıq. Ona görə də avrokuboklar, yaxud Konfrans Liqası haqda danışmaq çətindir.

Biz irəliyə addım-addım boylanırıq. Sonda necə olacağını birlikdə görəcəyik.

Əlbəttə, komandamızın avrokuboklara vəsiqə qazanması hər birimizin arzusudur. Ötən il avrokuboklarda iştirak imkanı əldə edən komandada idim.

Eyni hal bu dəfə “Araz-Naxçıvan”da təkrarlansa, buna sevinərəm. Məqsədə çatmaq üçün hər birimiz əlimizdən gələni edəcəyik”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti