Premyer Liqaya iddialı gələn klub himayədarsız qalacaq? – SON DƏQİQƏ

4 Noyabr 2023 16:00 Araz-Naxçıvan 3 366
Premyer Liqaya iddialı gələn klub himayədarsız qalacaq? – SON DƏQİQƏ

«Araz-Naxçıvan» yeni təhlükə ilə üzləşib.

Premyer Liqaya qayıdışı uğurlu alınan klubun himayədarları arasında narahatlıq əmələ gəlib.

Bunun nədən qaynaqlanması və nə qədər belə davam etməsi hələ tam bəlli deyil, amma qeyri-rəsmi bilgilərə görə, onların bəzi gözləntiləri var.

Biznes sferasında yeni iş imkanları əldə etmək istəyən sponsorlar verilən vədlərin yerinə yetirilməməsi təqdirdə, kluba maliyyə dəstəyini dayandıracaqlar.

Demə, yayda, «Araz-Naxçıvan» fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşən vaxt müxtəlif dairələrlə bu şəxslər arasında anlaşma əldə olunub.

Həmin razılaşmaya əsasən, naxçıvanlı iş adamlarına futbola sərmayə yatırmağın qarşılığnda müxtəlif imtiyazlar və gəlir sahələrinə giriş söz verilib.

Hələlik bu məsələdə durğunluqdur, hansısa real addım atılmayıb. Dekabrda da hərəkətlənmə olmasa, «Araz», böyük ehtimalla, yeni ildən əsas maliyyə mənbələrini itirəcək.

Bu isə komandanın çox ciddi əlavə problemlərlə «yüklənməsi» və iddiasıyla vidalaşması deməkdir. Ödənişli legionerlərin bir çoxunun yola salınması da istisna deyil.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti