“Hələ tezdir, indidən avrokuboklardan danışmaq olmaz“.
Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov deyib.
Əslən naxçıvanlı olan iş adamı “Araz-Naxçıvan“ın avrokubok perspektivi barədə danışmağın erkən olduğunu bildirib:
“Çünki bir tərəfdən marafon uzundur. Digər tərəfdən, turnir cədvəlində sıxlıq var.
Hər tur bir komanda digərini ötə bilər. Bütün klublara uğurlar arzulayıram. İlk növbədə isə milli komandamıza”.
Muxtar Respublika təmsilçisi 8 ildən sonra qayıtdığı Premyer Liqada uğurlu qrafik cızır.
Bölgə komandası 11 tura topladığı 20 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alır.

