“Neftçi”nin legioneri söz verdi: “Çempionluq üçün mübarizə aparırıq”

2 Noyabr 2023 20:00 Araz-Naxçıvan 1 215
“Neftçi”nin legioneri söz verdi: “Çempionluq üçün mübarizə aparırıq”

“Neftçi”nin legioneri Mark Tamaş Sportinfo.az-a müsahibə verib.

Macarıstanlı müdafiəçi “Sabah”a yenilgidən sonra (1:0) sualları cavablandırıb.

- Son saniyə qolu ilə uduzmaq yəqin ki, adi məğlubiyyətdən ağırdır.

- Bu oyunda məğlubiyyətə layiq deyildik. Yaxşı mübarizə apardıq, qol imkanlarımız oldu, lakin adi vəziyyətdə... Fikrimcə, rəqib futbolçu həmin epizodda ötürmə vermək istəyirdi. Bəxti gətirdi və top qapıya getdi. Sözsüz, qəbullanmaq olmur.

- Səncə, oyunun məntiqli nəticəsi necə olmalıydı?

- Meydanda gördüyümüz işi nəzərə alsaq, azı 1 xala, bəlkə daha artığına layiq idik. Bundan sonra danışmaqla heç nə dəyişməyəcək. “Qəbələ” ilə matça köklənməliyik ki, bu məğlubiyyəti unutdura bilək.

- Yaydan bu yana Premyer Liqada 11, Konfrans Liqasında 4 oyun keçirmisiniz. 15 oyundur azarkeşləriniz hələ də arzulanan “Neftçi”ni görmürlər. Bu, nə vaxt mümkün olacaq?

- Razılaşaq ki, son 4 görüşdə komanda xoş təsir bağışlayır. Əvvəlki dönəmə nisbətən inkişaf nəzərə çarpır. Paltardəyişmə otağındakı ab-hava da xeyli yaxşıdır, qardaşlıq ruhu var. Uyğunlaşma dövrünü geridə qoyduğumuzu deməliyəm.

- Hədəf əvvəlki kimi qalır? Çempionluq üçün mübarizə aparırsınız?

- Əlbəttə.

- Bu gedişlə inandırıcı görünmür axı.

- Çempionatı uzun marafona bənzədək. Bilirsiniz, marafonda əvvəldə qalib gəlməyə heç nə verilmir. Önəmli olan finişə hamıdan tez çatmaqdır. Ona görə də indiki nəticələrə görə gələcək adına mülahizə yürütməyin tərəfdarı deyiləm. Qarşıda əsas rəqiblərimizlə derbi oyunlarımız olacaq. Həmin matçlardan qalibiyyətlə ayrılmaqla vəziyyətimizə xeyli yaxşılaşdıra bilərik. Azarkeşlər çempionluq üçün mübarizə aparan daha yaxşı “Neftçi” görəcəklər. Buna tam əminəm.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti