Qardaşının prezidenti olduğu klubdan və "Qarabağ"dan danışdı

31 Oktyabr 2023 14:20 Araz-Naxçıvan 1 101
Qardaşının prezidenti olduğu klubdan və "Qarabağ"dan danışdı

“Maraqlı oyun oldu, gzlənilməz nəticə qeydə alındı.

Qələbə münasibəti ilə “Araz-Naxçıvan”ı təbrik edirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov Premyer Liqanın 11-ci turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” - “Qarabağ” oyunu barədə danışarkən deyib.

O, görüşdə ilk növbədə bir naxçıvanlı kimi iştirak etdiyini bildirib:

“Bilirsiz ki, qardaşım Ramin Axundov “Araz-Naxçıvan”ın prezidentidir. Mən isə bu matça AFFA İcraiyyə Komitəsinin üzvü və ilk növbədə bir naxçıvanlı kimi qatılmışam.

Odur ki, klubun adından bir söz deyə bilmərəm. Amma bu qələbəni ilk dövrədəki məğlubiyyətin revanşı adlandırmazdım”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti