«Araz-Naxçıvan»ın baş məşqçisi Azər Məmmədov gözlənilməz addım atıb.
Muxtar Respublika təmsilçisinin çalışdırıcısı mükafat almaqdan imtina edib.
O. futbolçuların narazılığına görə belə eləyib.
Məsələ ondadır ki, klub rəhbərliyi Premyer Liqanın 9-cu turunda «Sabah»la səfər görüşündə 1:1 hesablı nəticəyə imza atan komandaya çox cüzi mükafat verib.
Masazırdan qələbəyə bərabər 1 xalla dönən oyunçuların hər birinə cəmi 400 manat ödənilib. Bu da onlarda haqlı narazılıq yaradıb.
Şikayətlərin artmasını görən A,Bağırov özünə, köməkçilərinə və texniki personala çatacaq məbləği kəsib, onu da futbolçular arasında bölüb, beləcə, rəqəmi 600 manata çatdırıb.
SPORTİNFO.AZ

