“Bu komanda “sirli qutu”dur, hətta biz də nə olacağını bilmirik"

25 Oktyabr 2023 12:40 Araz-Naxçıvan 775
“Bu komanda “sirli qutu”dur, hətta biz də nə olacağını bilmirik"

Sportinfo.az xəbər verir ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində səfərdə “Qəbələ”nin qonağı olub.

Bu görüş çempionatın debütantı üçün uğurlu alınıb.

Naxçıvan təmsilçisi rəqibini 4:1 hesabı ilə məğlub edərək dörüncü sıradakı mövqeyini qorumaqla yanaşı, liderlər – “Zirə” və “Qarabağ”la xal fərqini minimuma endirib.

Qəbələ səfərində “Araz-Naxçıvan”ın ən yaxşı oyunçularından biri Elvis Maşike olub. O, bir qol və bir məhsuldar ötürmə ilə komandasının inamlı qələbəsinə tövhə verib.

- Bilirdik ki, "Qəbələ" ilə oyun çətin olacaq. Rəqib azlıqda qaldıqdan sonra bizim üçün daha çox şans yarandı. Qırmızı vərəqə alandan sonra rəqib komanda üçün də çətin oldu. Onların 10 nəfərlə oyunları alınmırdı. Bizim üçün isə daha yaxşı oldu. “Qəbələ”ni daha asan məğlub etdik.

- Oyundan öncə böyük belə hesablı qələbə qazanacağınızı gözləyirdiniz?

- Öncədən bu hesaba inanmaq olmazdı. "Qəbələ" asan məğlub ediləsi komanda deyil.

- Sənin üçün "Qəbələni uğurlu rəqib hesab etmək olar? Çünki ilk qolunu da bu komandaya vurmuşdun. Bu gün də bir qol və bir məhsuldar ötürməylə yadda qaldın...

- Düşərli ola bilər, amma çətin rəqibdir. Hesab aldadıcı olmasın. "Qəbələ"nin dörd real qol imkanı oldu. Amma qapıçımız həmin epizodlarda yaxşı oynadı. Düşünürəm ki, buna görə nəticəni uğurlu saymaq olar. Bu, futboldur, hər şey ola bilər.

- Komandaya uyğunlaşa bilibsiniz?

- Yeni komanda və liqada oynamaq bir az çətin oldu. Uzun müddət məşqsiz qalmışdım. İndi daha çox məşq edirəm və öz komandama da inanıram. Baş məşqçi də mənimlə söhbət edir. Biz müzakirələr aparırıq. Fikirləşirəm ki, hər şey daha yaxşı olacaq.

- Malta çempionatının bombardiri olmağı bacarmısınız. Azərbaycan çempionatında neçə qol vurmaq hədəfiniz var?

- Hər mövsüm bombardirlərin mübarizəsində ön pillələrdə olmuşam. Burda da ambisiyalarım var. Hər il ya birinci, ya da ikinci sırada qərarlaşmışam. Bu mənada təcrübəm var. Heç vaxt deyə bilmərəm nə qədər qol vuracam. Bunu Allah bilər. Mən sadəcə məşqlərə və oyunlara diqqətimi yönəltmişəm.

- "Araz Naxçıvan" hədəfi nədir? Birinci dövrə başa çatıb, artıq komandaları nisbətən tanıyırsınız. Bu oyunlardan sonra avrokuboklara vəsiqəyə inanırsınız?

- Gələcək üçün bu komanda bir “sirli qutu”dur. Hətta biz özümüz də nə olacağını bilmirik. Biz ancaq baş məşqçinin dediklərinə və Allaha inanırıq. Futbola da inanmalıyıq. Biz bunu edirik. Əgər futbola inanırsansa, bu oyun sənlikdir. İnanmırsansa, bu, artıq problemdir. Biz buna inansaq daha yuxarılara gedə bilərik. Avropa bizim üçün sürpriz ola bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti