“Doğma qardaşım da olsa, mənim üçün fərqi yoxdur” - Güzəşti düşünməyən “Araz”lı

24 Oktyabr 2023 20:40 Araz-Naxçıvan 969
“Doğma qardaşım da olsa, mənim üçün fərqi yoxdur” - Güzəşti düşünməyən “Araz”lı

“Araz-Naxçıvan”ın yarmmüdafiəçisi Vadim Abdullayev Sportinfo.az-a müsahibə verib.

“Bakı”nın yetirməsi komandasının “Qəbələ” üzərində 4:1 hesablı qələbəni şərh edib, cari mövsümlə bağlı sualları cavablandırıb.

- Bu cür parlaq qələbə qazanacağınızı gözləyirdin? Etiraf edək ki, bu cür hesabın qeydə alınacağına heç kim inanmırdı.

- “Qəbələ”ylə ilk oyunumuz da çətin keçmişdi, bu gün də onlar 9 nəfər qalana qədər işimiz asan deyildi. Çempionatda bizə əsas rəqiblərdəndir. Qəbələdə oynamaq istənilən komanda üçün çətindir. Rəqib burada xoş təsir bağışlayır, motivasiyaları yüksək olur. Ona görə də bizi çətin sınaq gözlədiyini bilirik. Meydana qələbə üçün çıxmışdıq. Amma bu cür hesabı həqiqətən də gözləmirdik.

- “Qırmızılar”ın rolu oldu?

- Etiraf edim ki, oldu. 11 nəfər 11 nəfərə qarşı oynasaydıq, bilmirəm sonluq necə olacaqdı. Amma iki futbolçularının meydandan qovulması xeyrimizə işlədi.

- “Qəbələ” 10 nəfərlə mübarizə aparırdı. İkinci “qırmızı”nı görəndə sevindin?

- Məni komandamın qələbəsi maraqlandırırsa, burada vacib rolu bunu necə əldə edəcəyimizdir. İkinci “qırmızı” zamanı hesab səhv etmirəmsə 2:1 xeyrimizə idi. Amma oyunda gərginlik davam edirdi, hər şey ola bilərdi. “Qəbələ” 9 nəfər qalanda hiss etdim ki, bundan sonra işimiz rahat olacaq. Komandamızın qələbəsini arzulayıramsa, rəqibin 8 nəfər qalması lap yaxşı olardı.

- Əlavə 5-10 dəqiqə vaxtınız olsaydı, 5-ci qolu da vurardınız?

- İstəmərəm “Qəbələ” haqda bu cür danışım. Amma ümumi futboldan danışırıqsa, dediyim kimi, mənə komandamın qələbə qazanması lazımdır. 9 nəfərlə oynamaq çətindir. Lap “Qarabağ”da bu vəziyyətdə düşsə, onlar üçün ağır olar.

- “Qəbələ” 9 nəfər qalandan sonra özünü rəqib futbolçuların yerinə qoyub, “Bu qədər vurduq, daha bəsdir” şəklində düşündün heç?

- Yox-yox, idman prinsipi anlayışı var. Meydana çıxıramsa, doğma qardaşım da olsa, mənim üçün fərqi yoxdur. Həmin an qalib gəlmək haqda düşünürəm. Bu gün rəqibə 5-6 qol vurmaq imkanımız varsa, bundan istifadə etməliyik.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti