"Araz-Naxçıvan" müraciət etdi, "Qarabağ"la oyunun məkanı dəyişdirildi

23 Oktyabr 2023 20:20 Araz-Naxçıvan 934
"Araz-Naxçıvan" müraciət etdi, "Qarabağ"la  oyunun məkanı dəyişdirildi

Premyer Liqanın 11-ci turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun keçiriləcəyi məkan dəyişdirilib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, Naxçıvan klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək qadınlar arasında Millət Liqası çərçivəsində 31 oktyabrda oynanılacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsini xahiş edib.

Naxçıvan klubunun rəsmi müraciətini, “Qarabağ”ın razılığını əsas götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.

Matç təqvimdə olduğu kimi "Araz-Naxçıvan" - "Qarabağ" oyunu kimi keçiriləcək və 30 oktyabr saat 19:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti