Premyer Liqa klubunda bu forvarda qışa kimi vaxt verildi

22 Oktyabr 2023 16:05 Araz-Naxçıvan 773
Premyer Liqa klubunda bu forvarda qışa kimi vaxt verildi

Premyer Liqada birinci dövrə arxada qaldı.

İlk dövrə hər kəsi yaxşı mənada təəccübləndirən klub şübhəsiz ki, “Araz Naxçıvan” oldu.

Təbii ki, bunda Azər Bağırovun qısa müddətdə apardığı yaxşı seleksiyanın rolu qeyd olunmalıdır.

Gənc mütəxəssis zaman azlığına baxmayaraq gəlmələri yeni ölkəyə, yeni liqaya adaptasiya edə bildi.

Amma bu fikirləri Elviş Maşikeyə aid etmək olmaz.

Konqolu futbolçu hələ də gözlənilənləri verə bilmir.

Forvard arxada qalan 9 turda 8 matç keçirib.

O, bu görüşlərdə cəmi 1 qol vura bilib.

Belə də Bağırov da onun performansından narazıdır.

39 yaşlı mütəxəssis qışa qədər səbr etmək yolunu seçib.

Əgər 29 yaşlı afrikalı toparlanıb qolları sıralamağı bacarmasa, onun yerinə mütləq yeni hücumçu alınacaq.

Artıq bu yöndə axtarışlar gedir və bir neçə namizəd də var.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti