Şahin Diniyevə "ilişdi": "Pis futbolçu yoxdur, pis məşqçi var"

16 Oktyabr 2023 22:20 Araz-Naxçıvan 1 033
Şahin Diniyevə "ilişdi": "Pis futbolçu yoxdur, pis məşqçi var"

Premyer Liqaya yaxşı start verən “Araz Naxçıvan”da parlaq oyunla yadda qalanlardan biri də Tural Bayramlıdır.

25 yaşlı yarımmüdafiəçi tədricən əsas heyət üzvünə çevrilməkdədir.

O, arxada qalan 9 turdan 7-də meydanda olub. Halbuki ötən mövsüm Tural üçün heç də yaxşı xatirələrlə yadda qalmamışdı.

Mahmud Qurbanovun dönəmində şanssız qırmızı vərəqələrlə yadda qalırdısa, Şahin Diniyevin qış fasiləsində “Səbail”ə təyinatından sonra klubda ümumiyyətlə ona yer tapılmadı.

Orta sahə oyunçusu performansındakı eniş və yüksəlişi ilə bağlı danışarkən bunu məşqçilərlə əlaqələndirib:

“İki ilə yaxın oynamadım. Bütün məşqçilərə hörmət edirəm. “Səbail”ə də uğurlar arzu edirəm.

Amma pis futbolçu yoxdur, pis məşqçi var. Azər müəllim sağ olsun. Məndən başqa bir neçə futbolçu vardı ki, uzun müddət idi oynamırdıq.

O, bizə şans verdi. Biz də onun ümidlərin doğrultmağa çalışırq”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti