“Fasilə hər bir komanda üçün yaxşıdır.
Ən azından səhvlərimizi düzəltməyə çalışırıq.
Milli komandalara görə yaranmış fasiləni dəyərləndirib yoxlama matçı keçirdik.
“Turan Tovuz”la yaxşı bir oyun baş tutdu. Fasiləni maksimum dəyərləndirməyə çalışdıq”.
Bu fikirləri “Turan Tovuz”la yoxlama matçından sonra (2:2) Sportinfo.az-a açıqlamasında “Araz Naxçıvan”ın yarımmüdafiəçisi Tural Bayramlı dilə gətirib.
25 yaşlı futbolçu başa çatan birinci dövrəni komandası üçün uğurlu hesab edib:
“Azər müəllim yaxşı komanda formalaşdırıb.Əziyyətimizin bəhrəsini görürük.
İlk dövrə arxada qalsa da yaxşı xal toplaya bilmişik. Məsələn, “Qarabağ”la oyunda 95-ci dəqiqədə qol buraxdıq.
Belə xal itkilərimiz olsa da, hazırkı xal ehtiyatımız bizi qane edir”.
XANOĞLAN

