Premyer Liqanın sürpriz komandasında GÖZLƏNİLMƏZ PROBLEM!

15 Oktyabr 2023 22:40 Araz-Naxçıvan 1 236
Premyer Liqanın sürpriz komandasında GÖZLƏNİLMƏZ PROBLEM!

Premyer Liqaya uğurlu dönüş edən «Araz-Naxçıvan»da maliyyə sıxıntıları yaranıb.

Bu barədə redaksiyamıza komandanın üzvləri məlumat verib.

Onların bildirdiyinə görə, aylıq əməkhaqqılar vaxtlı-vaxtında ödənilmir, gecikmələr var. Üstəlik, vəd olunan mükafatlar hələ də köçürülməyib.

Məsələn, «Zirə» üzərində qələbəyə (1:0) və «Sabah»la səfərdə heç-heçəyə (1:1) görə «ənam»ı hələ də ala bilməyiblər.

Muxtar Respublika təmsilçisi çempionatın ilk dövrəsini liderlər qrupunda başa vurub. 14 xal toplayan kollektiv turnir cədvəlinin 4-cü pilləsində yeprləşib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti