Premyer Liqa klubuna dair son dərəcə YENİ VACİB XƏBƏR!

13 Oktyabr 2023 14:00 Araz-Naxçıvan 1 029
Premyer Liqa klubuna dair son dərəcə YENİ VACİB XƏBƏR!

Səkkiz illik fasilədən sonra Premyer Liqaya qayıdan “Araz-Naxçıvan” təmsilçisi olduğu bölgəyə dönməyəcək.

Klubdan əldə etdiyimiz məlumata görə, Muxtar Respublika təmsilçisi minimum mövsümün sonunadək ev oyunlarını Bakıda keçirəcək.

Bu, Naxçıvan şəhər stadionunda görülməsi nəzərdə tutulan yenidənqurma işlərinin miqyasının gözləniləndən daha böyük olmasıyla əlaqədardır.

Planlaşdırılan tədbirlər çoxdur, amma hələ də burada daş daş üstünə qoyulmayıb.

Premyer Liqanın birinci dövrəsində rəqiblərini Mərdəkandakı “Dalğa Arena”da qəbul edən region klubu yeni ildən sonra da buradan ayrılmayacaq.

Elitada qalsalar, böyük ehtimalla, gələn sezona da burada başlayacaqlar.

“Araz-Naxçıvan”ın icraçı direktorunun müavini Sakit Rzayev də mətbuata açıqlamasında arenada görüləcək işlərin hələ çox olduğunu bildirib (report):

“Naxçıvan stadionunun qısa vaxtda hazırlanacağına inanmıram. Stadion Peşəkar Futbol Liqasının şərtlərinə uyğun hazırlanmalıdır.

Ot örtüyü dəyişdiriləcək, çəkiliş platformaları yenidən qurulacaq, VAR, efir otaqları, yeni anbar hazırlanacaq. Görüləcək bütün işlərlə bağlı rəhbərliyə məlumat verilib.

Çalışırıq ki, yenidənqurma qısa zamanda başlasın, yeni ilə qədər yekunlaşsın. Yəqin ki, bu ayın sonuna qədər hər şey bəlli olacaq”.

S.Rzayev infrastruktur işlərinə gec başlamalarını kollektivin qısa müddətdə bir araya gəlməsi ilə əlaqələndirib:

“Rəhbərlik komandanı elə vaxtda qəbul etdi ki, Premyer Liqa hazırlıqlarına start verilmişdi.

Bu səbəbdən əsas diqqət heyətin formalaşdırılmasına, U-17 və U-19 komandalarının qurulmasına, 10 yaşdan 16 yaşadək komandaların isə Naxçıvanda fəaliyyət göstərməsinə ayrılmışdı. İndi isə infrastrukturla bağlı işlər görülür”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti