"Yığmaya xidmət etməyə hazıram, amma..." - Premyer Liqada parlayan YENİ AD

11 Oktyabr 2023 19:20 Araz-Naxçıvan 1 593
"Yığmaya xidmət etməyə hazıram, amma..." - Premyer Liqada parlayan YENİ AD

Azərbaycan Premyer Liqasında 9 tur arxada qaldı.

Bu müddətdə özünü ən yaxşı tərəfdən göstərən futbolçulardan biri də Abdulla Rzayev oldu.

Ötən mövsüm "Kəpəz"də parlayan 21 yaşlı müdafiəçi bu il uğurlu mövsüm keçirən "Araz Naxçıvan"ın əsas simalarından hesab olunur.

Mübariz futbolçu sürəti, texnikası, yaxşı cinah keçidləri və ikili mübarizələrdə uğurlu müdaxilələri ilə diqqətləri üzərinə çəkə bilib.

Amma nədənsə Canni De Byazi Estoniya və Avstriya milli komandaları ilə görüş üçün açıqladığı 26 nəfərlik siyahıda Abdullaya yer tapılmadı.

21 yaşlı futbolçu məsələ ilə bağlı saytımıza açıqlamasında qısaca olaraq bunları deyib:

"Millidən dəvət almaq mənim üçün fəxrdir. Əsas yığmaya xidmət etməyə hər zaman hazıram. Amma buna məşqçilər korpusu qərar verəcək.

Hazırda diqqətim klubumdadır. Çalışıram ki, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib, komandama faydalı ola bilib".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti