İki region komandası razılıq verdi - Qarşılaşacaqlar

10 Oktyabr 2023 02:40 Araz-Naxçıvan 832
İki region komandası razılıq verdi - Qarşılaşacaqlar

Milli komandanın Estoniya və Avstriya yığmaları ilə keçirəcəyi oyunlarla əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” futbolçularına 3 günlük istirahət verib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda üzvləri oktyabrın 11-də toplaşacaq və məşqlərini Bakıda davam etdirəcək.

Oktyabrın 14-də yoldaşlıq oyunu keçirəcək Naxçıvan klubu “Turan Tovuz”la qarşılaşacaq.

Görüşün keçiriləcəyi məkan və başlama saatı barədə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO