“Araz-Naxçıvan” Əli Əliyevin qərarından şikayət edəcək.
Buna səbəb gənc referinin “Zirə” ilə oyunda naxçıvanlıların futbolçusuna göstərdiyi sarı vərəqədir.
Lakin burada söhbət ikinci yox, birinci “sarı”dan gedir. “Araz-Naxçıvan” rəsmiləri Əliyevin oyunun 83-cü dəqiqədə İqor Ribeyroya göstərdiyi ilk sarı vərəqəni haqlı hesab etmədiyindən bu addımı atacaq.
Ki, həmin “sarı” olmasaydı, braziliyalı müdafiəçi 90+4-cü dəqiqədə aldığı ikinci sarı vərəqəyə görə meydandan qovulmayacaq, Muxtar Respublika təmsilçisi azlıqda qalmayacaqdı.
8-ci tur çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Zirə” oyunu 1:0 hesabı ilə birincilərin xeyrinə başa çatıb.
HƏBİB / SPORTİNFO.AZ

