Hamı Premyer Liqamızdakı bu YENİ ADAMDAN danışır

7 Oktyabr 2023 16:40 Araz-Naxçıvan 5 191
Hamı Premyer Liqamızdakı bu YENİ ADAMDAN danışır

“Araz-Naxçıvan” təəccübləndirməkdə davam edir.

Bir ay, ayyarım ərzində yığılan debütant çempionata fırtına kimi başlayıb.

Yayda Muxtar Respublika təmsilçisinin 8 turdan sonra aktivinə 13 xal toplayıb “Neftçi”, “Sabah”, “Qəbələ” kimi rəqiblərini geridə qoyacağını kimə desəydin adama gülərdi.

Naxçıvanlıların hələ ki uğurlu çıxış etməsində Azər Bağırov böyük pay sahibidir.

Yayda əlini ağır daşın altına qoyub tələm-tələsik kollektiv yığan və futbol fəlsəfəsini futbolçulara aşılamağı bacaran Pro kateqroiyalı çalışdırıcının ən böyük üstünlüyü psixologiyanı dərindən bilməsidir.

Adam hər futbolçu ilə öz dilində danışır. Adam ad-san dalınca qaçmır, sadəliyini qoruyur.

Adam hər oyundan əvvəl başını qaldırıb media sektorundakı jurnalistləri salamlayır.

Və ən əsası, komandası uduzanda belə, üzündəki təbəssümü itirmir. Günahı top dalınca qaçanlarda yox, özündə axtarıb tapır.

Baş məşqçi kimi Premyer Liqada debüt edən 39 yaşlı mütəxəssis oynatdığı futbolla futbol ictimaiyyətinin rəğbətini qazanmağı bacarıb.

Tək futbol adamlarının yox, həm də rəhbərliyi altında oynayan futbolçuların.

“Araz-Naxçıvan”ın əsas simalarından olan Miço Kuzmanoviçin Bağırovla bağlı Sportinfo.az saytına verdiyi açıqlamaya diqqət yetirmək kifayətdir:

“Karyeram ərzində bir çox məşqçilərlə işləmişəm. Azər Bağırovun özəlliyi futbolçularla dost kimi danışmağı bacarmasıdır. Bəzən özünü bizdən biri kimi görür, fikirlərini böyük qardaş kimi çatdırır.

Oyun planında xüsusi cəhətimiz odur ki, kollektiv futbol sərgiləyirik. Baş məşqçimizin bizdən istədiyi bir-birimiz üçün döyüşməkdir. Komanda yumruq kimi birləşib. Məncə, əsas üstünlüyümüz məhz budur”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti