İş adamı qardaşının prezidenti olduğu kluba böyük ödəmə etdi

6 Oktyabr 2023 11:00 Araz-Naxçıvan 1 720
İş adamı qardaşının prezidenti olduğu kluba böyük ödəmə etdi

Azərbaycan Futzal Federasiyasının prezidenti, eyni zamanda, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov «Araz-Naxçıvan»ı mükafatlandırıb.

O, qardaşı Ramin Axundovun prezidenti olduğu komandanın futbolçularına böyük miqdarda ödəmə edib.

Tanınmış iş adamı Premyer Liqanın 8-ci turunda «Zirə»yə 1:0 hesabıyla qalib gələn oyunçuların hər birinə 1500 manat pul verib.

Muxtar Respublika təmsilçisi mövsümün geridə qalan hissəsində 13 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində məskunlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO