“Bilirdik ki, uduzmağa haqqımız yoxdur”

6 Oktyabr 2023 21:20 Araz-Naxçıvan 1 005
“Bilirdik ki, uduzmağa haqqımız yoxdur”

“Liderə qarşı oynayırdıq və bizim üçün çətin olacağını bilirdik, lakin biz buna hazır idik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın legioneri Miço Kuzmanoviç komandasının “Zirə” üzərində qələbəsini şərh edərkən deyib.

Oyunun favoriti zirəlilər göstərilsə də, naxçıvanlılar yeganə qolla istəyinə çatdı. Bosniyalı vinger əldə olunan zəfərdə əsas rolu müdafiədə diqqəti əldən verməməkləri və kollektiv futbol sərgiləmələri oynadığını bildirib:

“Ötən tur “Səbail”dən layiq olmadığımız məğlubiyyəti almışdıq. Bilirdik ki, ardıcıl ikinci oyunda uduzmağa haqqımız yoxdur. Meydanda canımızı qoymağa hazır idik.

Qələbə qazanmağımızda başlıca rolu komanda şəklində çıxış etməyimiz oynadı. Meydanın hər qarışı uğrunda mübarizə aparıb qol vuracağımız anı gözləyirdik.

2-3 imkandan yararlana bilməsək də, sona yaxın istəyimizə çatdıq. Fikrimcə, yaxşı müdafiə olunmağımız qələbədə əsas rol oynadı".

“Araz-Naxçıvan”ın aparıcı futbolçularından olan Miço Kuzmanoviç cari mövsümdə meydana çıxdığı 8 oyunda 1 qol və 3 assistlə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti