"Araz"dan iddialı açıqlama: "Daha yaxşı olacağıq"

4 Oktyabr 2023 19:00 Araz-Naxçıvan 805
"Araz"dan iddialı açıqlama: "Daha yaxşı olacağıq"

"Araz Naxçıvan"ın müdafiəçisi Abdulla Rzayev Premyer Liqanın 8-ci turunda "Zirə"ni məğlub etdikləri (1:0) matç haqda Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq qarşılaşma haqqında danışıb:

"Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, çətin oyun olacaq. Düşündüyümüz kimi oldu.

Hər iki komandanın da qol imkanları oldu. Şükürlər olsun ki, biz istifadə edib qələbə qazandıq".

Muxtar Respublika təmsilçisi mövsümə gözləniləndən çox yaxşı start verib. Amma 21 yaşlı futbolçu qarşıdakı dönəm daha yaxşı çıxış edə biləcəklərini sözlərinə əlavə edib:

"Heyət gec yığıldı, amma adaptasiya dövrü tez keçdi. Bir-birimizə tez uyğunlaşa bildik. Düşünürəm ki, zaman keçdikcə daha yaxşı olacağıq".

O, "Arxada qalan 8 tura əsasən komandanız hansı pillələr üçün mübarizə apara bilər" sualına isə qısaca cavab verib:

"Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti